PSJ-nin futbolçusu Bredli Barkola zədə səbəbindən bir neçə həftə meydandan kənar qalacaq

Futbol
  • 18 mart, 2026
  • 22:45
PSJ-nin futbolçusu Bredli Barkola zədə səbəbindən bir neçə həftə meydandan kənar qalacaq

Fransanın PSJ klubunun cinah oyunçusu Bredli Barkola ciddi zədə alıb.

"Report" xəbər verir ki, futbolçu UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində İngiltərənin "Çelsi" komandasına qarşı keçirilən cavab oyununda meydanı xərəkdə tərk edib.

Görüşdə komandasının ikinci qolunu vuran 23 yaşlı oyunçu qısa müddət sonra zədələnib və oyunu davam etdirə bilməyib.

Tibbi müayinədən sonra Barkolaya sağ topuğunda ağır burxulma diaqnozu qoyulub. Klub rəsmi açıqlamasında onun bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağını bildirib.

Bununla da, o, Fransa millisinin martdakı təlim-məşq toplanışını buraxacaq. Bundan əlavə, cinah oyunçusunun PSJ-nin Çempionlar Liqasının 1/4 final mərhələsində "Qalatasaray" – "Liverpul" cütünün qalibi ilə keçirəcəyi oyunda iştirak etməsi sual altına düşüb.

44 - Tezliklə