PSJ Mbappeyə ildə 32 milyon avro təklif etdi
Futbol
- 23 iyul, 2021
- 06:00
Fransanın PSJ klubu futbolçusu Kilian Mbappeyə 2026-cı ilədək yeni müqavilə təklif edib.
"Report"un məlumatına görə, bu barədə "La Gazzetta dello Sport"un jurnalisti Nikola Skira şəxsi tvitter səhifəsində yazıb. O, Paris təmsilçisinin 22 yaşlı hücumçuya ildə 32 milyon avro əmək haqqı ödəməyə hazır olduğunu bildirib.
Daha əvvəl AS nəşri Mbappenin İspaniya "Real Madrid"indən təklif gözlədiyini və 30 iyun 2022-ci ildə bitəcək hazırkı müqaviləsini uzatmaq niyyətində olmadığını yazıb.
Qeyd edək ki, Kilian Mbappe PSJ-də 2018/2019 mövsümündən çıxış edir. Ötən mövsüm fransalı hücumçu klubda 47 oyuna 42 qol vurub və 11 məhsuldar ötürmə verib. O, Paris komandası ilə 3 dəfə Fransa çempionluğu, hərəyə 2 dəfə ölkə kuboku və Superkubok qazanıb.
Son xəbərlər
21:55
"Sabah" tarixində ilk dəfə UEFA Avropa Liqasının əsas mərhələsini təmin edib
Futbol21:55
Naxçıvan şəhərinin mərkəzi hissəsi yenidən formalaşdırılacaq
İnfrastruktur21:53
Foto
Video
"Orhus"a qalib gələn "Sabah" tarixində ilk dəfə Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib - YENİLƏNİB-7
Futbol21:50
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib
Daxili siyasət21:49
Foto
Prezident Naxçıvanda Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanış olub
Mədəniyyət siyasəti21:46
Naxçıvan şəhərində məskunlaşma ərazisi 2630 hektara çatdırılacaq
İnfrastruktur21:41
Foto
İlham Əliyev "Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı" ilə tanış olub
Daxili siyasət21:38
Foto
"Naxçıvan" Mehmanxana Kompleksinin təməli qoyulub
Turizm21:26
Foto
Video