PSJ Mbappenin satışı üçün "Real Madrid"lə danışıqlara başlayıb
Futbol
- 13 iyun, 2023
- 07:12
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Fransanın PSJ klubu ulduz futbolçusu Kilian Mbappenin satışı ilə bağlı İspaniya təmsilçisi "Real Madrid"lə danışıqlara başlayıb.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, ölkə çempionu 25 yaşlı hücumçu müqaviləni uzatmaq istəmədiyi üçün bu addımı atıb.
Rəhbərlik forvardı bu yay satmaq məqsədilə "kral klubu"nun prezidenti Florentino Pereslə əlaqə saxlayıb. Paris təmsilçisi keçiddən 200 milyon avro qazanmaq istəyir.
Qeyd edək ki, Kilian Mbappenin PSJ ilə müqaviləsi 2024-cü ildə bitəcək. O, başa çatan mövsümdə komandanın heyətində bütün turnirlərdə 43 oyuna çıxıb, 41 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Son xəbərlər
14:40
Azərbaycanın tranzit potensialının artmasına təsir edən amilləri açıqlayıb
İnfrastruktur14:31
Tokayev 2 nazir müavini və Hərbi Dəniz Qüvvələrinin baş komandanını vəzifədən azad edib
Region14:29
ACF rəsmisi: "Azərbaycanda müasir idman infrastrukturunun yaradılması üzrə mühüm işlər görülüb"
İdman14:25
ADSEA intensiv yağışlar zamanı su toplantısının qarşısını almaq üçün tədbirlər görür
İnfrastruktur14:17
Rəşad Rəsullu: "Dünya çempionatına ev sahibliyi etməkdən qürur duyuruq"
Komanda14:05
ARDNF 3 illik auditor seçib
Maliyyə14:01
Bakıda bir neçə yolda sürət həddi endirilib
Daxili siyasət13:54
Moldovanın hava məkanı PUA-larla pozulub
Digər ölkələr13:52