Premyer Liqa: XXIV tura Qəbələdə yekun vurulacaq

Futbol
  • 15 mart, 2026
  • 09:39
Premyer Liqa: XXIV tura Qəbələdə yekun vurulacaq

Misli Premyer Liqasında XXIV tura bu gün keçiriləcək iki oyunla yekun vurulacaq.

"Report" xəbər verir ki, əvvəlcə Yevlax şəhər stadionunda "Kəpəz" "Turan Tovuz"u qəbul edəcək.

Qərb derbisi saat 15:00-da başlayacaq.

Ardınca isə "Neftçi" səfərdə "Qəbələ"nin qonağı olacaq. Matç Qəbələ şəhər stadionunda, saat 18:00-da başlayacaq.

Avrokuboklara iddialı "Turan Tovuz" 44 xalla turnir cədvəlinin üçüncü sırasında qərarlaşıb. 31 xalı olan "Neftçi" yeddinci, 17 xala malik "Kəpəz" isə onuncudur. Gəncə təmsilçisindən 1 xal az toplayan "Qəbələ" isə 11-ci yerdədir.

Misli Premyer Liqası

III dövrə, XXIV tur

15 mart

15:00. "Kəpəz" – "Turan Tovuz"

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Ruslan Quliyev.

VAR: Rəvan Həmzəzadə.

AVAR: Rahil Ramazanov.

Hakim-inspektor: Orxan Məmmədov.

AFFA nümayəndəsi: Azər Əsgərov.

Yevlax şəhər stadionu

18:00. "Qəbələ" – "Neftçi"

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov.

VAR: Kamal Umudlu.

AVAR: Teymur Teymurov.

Hakim-inspektor: Şahin Cəfərov.

AFFA nümayəndəsi: Rüfət Əmirov.

Qəbələ şəhər stadionu

Qeyd edək ki, daha əvvəl keçirilən görüşlərdə "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı (2:1), "Şamaxı" "Sumqayıt"ı (1:0), "Sabah" "İmişli"ni (5:0), "Qarabağ" "Zirə"ni (3:1) məğlub edib.