Premyer Liqa: "Sabah" "Qəbələ"ni məğlub etdi - VİDEO
- 07 fevral, 2020
- 17:22
Yeniliklərdən dərhal xəbərdar olun!
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tura start verilib.
"Report"un məlumatına görə, turun açılış matçında "Sabah" "Qəbələ"ni qəbul edib. "Bank Respublika Arena”da təşkil olunan qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə hesab 5-ci dəqiqədə açılıb. "Qəbələ"nin heyətində Ülvi İsgəndərov fərqlənib. Meydan sahibləri 19-cu dəqiqədə bərabərlik qolunu vura bilib. Qış transfer dönəmində "Sabah"a qayıdan Marko Deviz topu rəqib qapısından keçirib. 3 dəqiqə sonra paytaxt təmsilçisinin heyətində Mario Marina qonaqları ikinci dəfə məyus edib. Birinci hissə bu hesabla bitib.
Qarşılaşmanın 64-cü dəqiqəsində "Qəbələ"nin heyətində Ehtiram Şahverdiyev avtoqol müəllifi olub. 90+1-ci dəqiqədə qonaqların oyunçusu Nikolas Raysel penaltini dəqiq yerinə yetirərək fərqi azalda bilib.
Bu nəticədən sonra 16-cı xalını qazanan "Sabah" 6-cı yerdə qərarlaşıb, "Qəbələ" isə 13 xalla 7-ci sırada qalıb.
Qeyd edək ki, günün digər matçında "Keşlə" "Səbail"i qəbul edəcək. Tura sabah keçiriləcək "Sumqayıt" - "Zirə" və "Qarabağ" - "Neftçi" qarşılaşmaları ilə yekun vurulacaq.