Premyer Liqa: "Neftçi" "Kəpəz"in, "Qəbələ" "Sabah"ın qonağı olacaq
- 09 mart, 2024
- 05:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun daha iki oyunu keçiriləcək.
"Report"un məlumatına görə, ilk qarşılaşma Tovuz şəhər stadionunda gerçəkləşəcək.
Gəncə təmsilçisi "Kəpəz" "Neftçi" ilə üz-üzə gələcək. Bölgə klubu 26 xalla 9-cu, "ağ-qaralar" 36 xalla 4-cü pillədə qərarlaşıb.
Günün ikinci matçında "Sabah" "Qəbələ"ni qəbul edəcək. Meydan sahibləri 36 xalla 6-cı yerdədir. 15 xala malik "Qəbələ" sonuncu sıradadır.
Azərbaycan Premyer Liqası
XXVI tur
9 mart
15:00. “Kəpəz” – “Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Nicat İsmayıllı.
Hakim-inspektor: Barış Şimşək.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Tovuz şəhər stadionu
17:30. “Sabah” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Rəhman İmami, Şirmamed Mamedov, Əli Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
“Bank Respublika Arena”
Qeyd edək ki, martın 8-də "Sumqayıt" səfərdə "Səbail"ə qalib gəlib - 1:0. XXVI tura martın 10-da "Turan Tovuz" - "Araz-Naxçıvan" və "Qarabağ" - "Zirə" görüşləri ilə yekun vurulacaq.