Premyer Liqa: "Neftçi" doğma meydanda "Sumqayıt"a uduzub
- 11 noyabr, 2023
- 14:22
Yeniliklərdən dərhal xəbərdar olun!
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, günün ilk matçında "Neftçi" "Sumqayıt"ı qəbul edib.
"Neftçi Arena"da baş tutan qarşılaşma "gənclik şəhəri" təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Meydan sahiblərinin heyətində Ataa Caber 35-ci dəqiqədə hesabı açıb. Qonaqların heyətində Masaki Murata 56-cı dəqiqədə tarazılığı bərpa edib. 69-cu dəqiqədə isə Roi Kehat "Sumqayıt"ın ikinci qoluna imza atıb.
Bu nəticədən sonra xallarının sayını 21-ə çatdıran "gənclik şəhəri" təmsilçisi üçüncü pillədəki "Səbail"ə çatıb. "Ağ-qaralar" 18 xalla altıncı sıradadır.
Qeyd edək ki, günün ikinci görüşündə "Turan Tovuz" "Sabah"ı qəbul edəcək. Turun “Zirə” – “Qəbələ” və “Qarabağ” – “Səbail” oyunları noyabrın 12-də gerçəkləşəcək. Ötən gün açılış matçında "Kəpəz" "Araz-Naxçıvan"ı minimal hesabla üstələyib - 1:0.