Premyer Liqa: "Kəpəz" son dəqiqələrdə qələbəni əldən verib

Futbol
  • 05 mart, 2017
  • 13:06
Premyer Liqa: Kəpəz son dəqiqələrdə qələbəni əldən verib

Bakı. 5 mart. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, Gəncə şəhər stadionunda "Kəpəz" və AZAL komandaları üz-üzə gəlib.

Görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib. 38-ci dəqiqədə meydan sahiblərinin müdafiəçisi Şəhriyar Əliyev hesabı açıb. 90-cı dəqiqədə isə qonaq komandanın yeni transferi Vaqif Cavadov bərabərlik qolunu vurub.

Bu nəticədən sonra "Kəpəz" 18 xalla 7-ci, AZAL 9 xalla 8-ci pillədə qalıb.

Qeyd edək ki, tura saat 18:00-da başlanacaq "Neftçi" – "Zirə" matçı ilə yekun vurulacaq.