Sergey Tertıçnıy: "Azərbaycanda zərərvericilərə qarşı innovativ mühafizə sistemləri tətbiq edilməlidir"

ASK
  • 20 noyabr, 2026
  • 12:32
Sergey Tertıçnıy: Azərbaycanda zərərvericilərə qarşı innovativ mühafizə sistemləri tətbiq edilməlidir

Azərbaycanda innovativ mühafizə sistemləri tətbiq edilməli və zərərvericilərlə bioloji mübarizə üsullarının tətbiqi mədəniyyəti inkişaf etdirilməlidir.

"Report" xəbər verir ki, bunu Rusiyanın "Bio Texnologiya" şirkətinin baş texnoloqu Sergey Tertıçnıy Bakıda keçirilən "Aqronomiya və bitki sağlamlığı: elmdən təcrübəyə" adlı konfransda bildirib.

Ekspertin sözlərinə görə, entomofaqların (bitki zərərvericilərinə qarşı istifadə edilən həşərat və gənələrin - red.) istifadəsi müvafiq biliklərin əldə edilməsini, mütəxəssislərlə məsləhətləşmələrin aparılmasını və mərhələli tətbiq tələb edən mürəkkəb texnologiyadır.

"Belə həllərin tədricən tətbiq edilməsi məqsədəuyğundur. Məsələn, bağ sahəsinin 10-20 %-ni təşkil edən sahələrdən başlamaq lazımdır, çünki bu metod kimyəvi pestisidlərin tətbiqindən fərqlənir və çox vaxt onlarla uyğun gəlmir", - texnoloq bildirib.

Tertıçnıy əlavə edib ki, sistemin iş prinsiplərini anlamaq və bağlarda prosesləri qiymətləndirmək üçün istehsalçılar təxminən iki mövsüm məsləhətçilərlə birlikdə praktiki nümunələri müntəzəm təhlil etməlidir, bundan sonra toplanmış təcrübəni qalan sahələrə də genişləndirmək olar.

44 filmi