Premyer Liqa: "Araz-Naxçıvan" bu gün "İmişli"ni, "Zirə" "Neftçi"ni qəbul edəcək
- 03 oktyabr, 2025
- 09:15

Misli Premyer Liqasında VII tura bu gün start veriləcək.
"Report"un məlumatına görə, ilk oyun günündə iki matç keçiriləcək.
Açılış qarşılaşmasında "İmişli" səfərdə "Araz-Naxçıvan"la üz-üzə gələcək. Görüş saat 17:00-da start götürəcək. Qonaqlar 8 xalla yeddinci, Naxçıvan təmsilçisi 11 xalla 4-cü pillədə qərarlaşıb.
Günün ikinci oyununda "Zirə" "Neftçi"ni qəbul edəcək. Bu matç saat 19:00-da başlayacaq. Meydan sahibləri 12 xalla ikinci, "ağ-qaralar" 7 xalla səkkizincidir.
Misli Premyer Liqası
I dövrə, VII tur
3 oktyabr
17:00. "Araz-Naxçıvan"– "İmişli"
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev.
VAR: Rauf Cabarov.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
"Liv Bona Dea Arena"
19:30. "Zirə" – "Neftçi"
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, Elvin Bayramov.
VAR: Rəşad Əhmədov.
AVAR: Kamran Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elman Musayev.
Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, tura oktyabrın 5-də yekun vurulacaq.