PFL rəsmisi İtaliya klubunun oyununa təyinat alıb

Futbol
  • 26 fevral, 2025
  • 17:06
PFL rəsmisi İtaliya klubunun oyununa təyinat alıb
Zaur Hacı-Məhərrəmov

Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov yeni təyinat alıb.

"Report" PFL-in rəsmi saytına istinadən xəbər verir ki, o, Konfrans Liqasının 1/8 final mərhələsində Yunanıstanda yerli "Panatinaikos" və İtaliyanın "Fiorentina" komandaları arasında keçiriləcək oyunda UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, qarşılaşma martın 6-da baş tutacaq.

44 - Tezliklə