Orxan Məmmədov Filipp Cuda ilə minifutbolun inkişafı ilə bağlı fikir mübadiləsi aparıb
- 08 sentyabr, 2026
- 12:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti Orxan Məmmədov Dünya Minifutbol Federasiyasının (WMF) prezidenti Filipp Cuda ilə görüşüb.
"Report" xəbər verir ki, AMF rəhbəri bu barədə X platformasında yazıb.
O, minifutbolun inkişafı, qarşıdakı layihələr və beynəlxalq əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi apardıqlarını vurğulayıb:
"Minifutbolumuzun beynəlxalq arenada mövqeyinin daha da gücləndirilməsi istiqamətində əməkdaşlığımızı davam etdirəcəyik".
Dünya Minifutbol Federasiyasının (WMF) prezidenti Filipp Cuda ilə görüşdük. Minifutbolun inkişafı, qarşıdakı layihələr və beynəlxalq əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi apardıq. Minifutbolumuzun beynəlxalq arenada mövqeyinin daha da gücləndirilməsi… pic.twitter.com/tJhqU7Q7cb
— Orkhan Mammadov (@MammadovOrkh) September 7, 2026