Norberto Neto karyerasını yenidən "Yuventus"da davam etdirəcək

Futbol
  • 28 sentyabr, 2026
  • 18:44
Norberto Neto karyerasını yenidən Yuventusda davam etdirəcək

Braziliyalı qapıçı Norberto Neto karyerasını yenidən İtaliya təmsilçisi "Yuventus"da davam etdirəcək.

"Report" xəbər verir ki, bu barədə A Seriyası klubunun mətbuat xidməti məlumat yayb.

37 yaşlı qolkiper "ağ-qaralar"la 2027-ci ilin yayındaək müqavilə imzalayıb.

Neto daha əvvəl də "qoca sinyora"nın formasını geyinib. O, 2015–2017-ci illərdə komandanın heyətində çıxış edib və iki mövsüm ərzində 22 matça çıxıb.

Neto "Yuventus"dakı ilk dönəmində 2 dəfə A Seriyasının, 2 dəfə İtaliya Kubokunun və 1 dəfə İtaliya Superkubokunun qalibi olub.

Turin klubundan ayrıldıqdan sonra braziliyalı qapıçı karyerasını İspaniya və İngiltərədə davam etdirib. O, 5 il ərzində "Valensiya" və "Barselona", daha sonra isə 3 mövsüm "Bornmut" və "Arsenal"da forma geyinib.