Neymar zədəsini sağaldaraq məşqləri bərpa edib
Futbol
- 16 dekabr, 2024
- 13:33
Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun hücumçusu Neymar zədəsini sağaldaraq məşqləri bərpa edib.
“Report” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Əl-Hilal" sosial şəbəkələrdə kollektivlə birlikdə məşqlərə qoşulan 32 yaşlı futbolçunun şəklini paylaşıb.
Dizindəki çarpaz bağların qopması səbəbindən 1 ilə yaxın yaşıl meydanlardan kənarda qalan və yeni sağalan hücumçu noyabrın 4-də Asiya Çempionlar Liqasında İranın “istİqlal” komandasına qarşı matçda (3:0) növbəti dəfə zədələnmişdi. Braziliyalı futbolçu ikinci hissədə oyuna qoşulmuş və əsas vaxtın bitməsinə bir neçə dəqiqə qalmış budunun arxa hissəsini zədələyərək meydanı tərk etmişdi.
Qeyd edək ki, Neymar “Əl-Hilal”ın heyətində meydana çıxdığı 7 oyunda 1 qol vurub.
Son xəbərlər
10:42
Lionel Skaloni Argentina yığması ilə yeni müqavilə imzalamağa yaxındır
Futbol10:34
AQC: Son 1 ildə Bakının bütün rayonlarında mənzillər bahalaşıb
Biznes10:32
İlham Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib - SİYAHI
Daxili siyasət10:31
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib - SƏRƏNCAM
Daxili siyasət10:12
Foto
Anar Bağırov: Vəkillik müstəqilliyi hüququn aliliyinin əsas təminatıdır
Xarici siyasət10:06
Video
Bakıda iki yolun kəsişməsində yeni tunel inşa ediləcək
İnfrastruktur10:06
Foto
Azərbaycan qılıncoynadanı Vahab Fətullayev beynəlxalq turnirdə bürünc medal qazanıb
Fərdi10:04
Foto
Video
Göygöldə qanunsuz tikili sökülüb
Daxili siyasət10:02