"Neftçi" növbəti matçına qara sarğı ilə çıxacaq

Futbol
  • 19 yanvar, 2015
  • 09:43
Neftçi növbəti matçına qara sarğı ilə çıxacaq

Bakı. 19 yanvar. REPORT.AZ/ Azərbaycanın “Neftçi” klubunun futbolçuları 20 Yanvar şəhidlərinin xatirəsini Türkiyənin Antalya bölgəsində anacaq. "Report"un məlumatına görə, anım tədbiri "ağ-qaralar"ın Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı çərçivəsində Çinin “Quyçjou Rehne" klubu ilə yoxlama oyununa təsadüf edəcək. 

Sabah Bakı vaxtı ilə saat 19:00-da başlanacaq qarşılaşmadan öncə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Bundan başqa, "Neftçi"nin futbolçuları oyuna qara sarğı ilə çıxacaqlar.

Qeyd edək ki, bu, flaqmanın Antalya toplanışı çərçivəsində 3-cü yoxlama matçı olacaq.