"Neftçi"nin rəqibi yeni transferini açıqladı
Futbol
- 09 sentyabr, 2020
- 19:44
UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan Türkiyə "Qalatasaray"ı yeni transferi Oqenekaro Etebo ilə rəsmi müqavilə imzalayıb.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, nigeriyalı hücumçu 2020/2021 mövsümünün sonunadək icarə əsasında İstanbul təmsilçisində çıxış edəcək.
"Sarı-qırmızılılar" bu keçid üçün 25 yaşlı forvardın məxsus olduğu İngiltərə "Stok Siti"sinə 675 000 avro təzminat ödəyəcək.
Etebonun "Qalatasaray"dakı 1 mövsümlük maaşı isə 1 200 000 avro təşkil edəcək. "Cim-Bom" mövsümün sonunda 7 500 000 avro qarşılığında onu birdəfəlik transfer etmək hüququna malikdir.
Qeyd edək ki, sentyabrın 17-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq.
Son xəbərlər
16:15
"Sabah"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub
Futbol16:13
ICIEC indiyə qədər Azərbaycanda 164 milyon dollarlıq biznes sığortası əməliyyatları həyata keçirib
Biznes16:10
DÇ-2026: Portuqaliya Konqo ilə, İngiltərə Xorvatiya ilə qarşılaşacaq
Futbol16:09
Foto
Adil Kərimli UNESCO İcraiyyə Şurasının sədri ilə çoxtərəfli əməkdaşlığı müzakirə edib
Mədəniyyət siyasəti15:58
MÜTDA: Sertifikatlaşdırma imtahanının ilk günü 98% davamiyyət qeydə alınıb
Elm və təhsil15:58
Roma Papası: Vaşinqton-Tehran razılaşması Yaxın Şərqdə etimadı və təhlükəsizliyi möhkəmləndirəcək
Digər ölkələr15:57
DCO: Transsərhəd rəqəmsal ticarət üçün qarşılıqlı uyğunluq kritik əhəmiyyət daşıyır
Biznes15:54
Azərbaycan biznesinə IsDB Qrupunun alətlərindən daha fəal istifadə təklif olunub
Maliyyə15:54