"Neftçi"nin müdafiəçisi: "İsrailə sərfəli nəticə ilə gedəcəyimizə ümid edirəm"
Futbol
- 18 avqust, 2021
- 15:47
“Sabahkı oyunun çətin olduğunu bilirik. Meydana qələbə üçün çıxacağıq. Matça çox yaxşı hazırlaşmışıq".
"Report"un məlumatına görə, bu fikirləri “Neftçi”nin müdafiəçisi Mert Çelik İsrailin "Makkabi" (Hayfa) klubuna qarşı keçirəcəkləri Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.
21 yaşlı müdafiəçi rəqibin kimliyinin önəmli olmadığını söyləyib: "Sabah öz meydanımızda oynayacağıq. Ümid edirəm ki, səfərə sərfəli nəticə ilə gedəcəyik”.
Mert Çelik hər gün özünü inkişaf etdirməyə çalışdığını vurğulayıb: "Bir hədəfim var, bu yöndə çalışıram. Baş məşqçimiz mənə daha çox şans verir. Mən də bundan yararlanmaq istəyirəm”.
Qeyd edək ki, avqustun 19-da "Bakcell Arena"da keçiriləcək görüş saat 20:00-da başlanacaq.
Son xəbərlər
11:57
Sabah İranla Rusiya hərbi dəniz qüvvələri birgə təlim keçirəcək
Region11:57
Ukrayna Lukaşenkoya qarşı sanksiyalar tətbiq edib
Digər ölkələr11:56
Fransada tarixi rekord - 36 gündür aramsız yağışlar yağır
Digər ölkələr11:54
Azərbaycan daha bir ölkədən avtomobil almağa başlayıb
Biznes11:51
AZAL-ın Yaponiya aviaşirkətlərilə əməkdaşlıq perspektivləri müzakirə edilib
İnfrastruktur11:43
Rusiya və İran Rəşt-Astara dəmir yolu xətti layihəsinin həyata keçirilməsinə başlayacaq
Region11:43
Bakıda ABŞ-də yaşayan azərbaycanlı rəssam Vüqar Quliyevin fərdi sərgisi açılacaq
Mədəniyyət siyasəti11:38
Son iki gündə Gürcüstanda keçirilən əməliyyatlarda 97 nəfər həbs edilib
Region11:38