"Neftçi"nin legioneri ölkəsinin millisinə dəvət alıb

Futbol
  • 13 noyabr, 2023
  • 13:29
Neftçinin legioneri ölkəsinin millisinə dəvət alıb

"Neftçi"nin futbolçusu Kilan Lebon Sent Martin millisinə dəvət alıb.

"Ağ-qaralar"ın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, 26 yaşlı yarımmüdafiəçi noyabrın 13-dən 21-dək keçiriləcək Şimali, Mərkəzi Amerika və Karib hövzəsi (CONCACAF) üzrə Millətlər Liqasının oyunları üçün yığmaya cəlb edilib.

Qeyd edək ki, Kilan Lebon Sent Martin millisinin heyətində 2 oyuna çıxıb.