"Neftçi"nin legioneri cəzalı duruma düşüb
Futbol
- 25 aprel, 2022
- 11:58
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Neftçi"nin futbolçusu Mamadu Mbodj cəzalı duruma düşüb.
"Report"un məlumatına görə, buna seneqallı müdafiəçinin "Səbail"ə qarşı Azərbaycan Premyer Liqasının XXIV tur matçında (1:0) sarı vərəqə görməsi səbəb olub.
Görüşün əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə rəqibə qarşı kobudluqdan sonra cari mövsümdəki 4-cü xəbərdarlığını alan 29 yaşlı oyunçu "Sumqayıt"la XXV tur qarşılaşmasını buraxacaq. Onunla yanaşı, son matçda qırmızı vərəqə ilə cəzalandırılan Ömər Buludov da növbəti turda meydana çıxa bilməyəcək.
Qeyd edək ki, mayın 4-də keçiriləcək "Sumqayıt" - "Neftçi" oyunu saat 20:00-da başlayacaq.
Son xəbərlər
17:05
Araxamiya: Rusiya nümayəndələri Əbu-Dabiyə çox sərt təlimatlarla gəliblər
Digər ölkələr
17:02
Foto
"Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb
Media
17:01
Qırmızı Bazarda mina hadisəsində xəsarət alan şəxsin son durumu açıqlanıb - Yenilənib
Hadisə
17:01
Bu il AZAL-ın sərnişin axınındakı artımın 90 %-ni tranzit seqmenti təmin edib
İnfrastruktur
17:00
Bolqarıstanda fon der Lyayenin kortejinə yumurta atıblar
Digər ölkələr
16:55
İtaliyada 300-dən çox məktəb partlayış təhlükəsi barədə mesajlara görə təxliyə edilib
Digər ölkələr
16:49
Azərbaycanın basketbol millisi Avropa çempionatının seçmə mərhələsində İsveçrəyə məğlub olub
Komanda
16:47
AYNA: 29 istiqamətdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
İnfrastruktur
16:46
Azərbaycan boksçusu Gülər Hüseynova Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
Fərdi