"Neftçi"nin hazırlıq planında dəyişiklik: 2 rəqib bilindi
Futbol
- 14 iyun, 2021
- 15:20
“Neftçi”nin yeni mövsümə hazırlıq planında dəyişiklik olub.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, təlim-məşq toplanışının birinci mərhələsi iyunun 18-dək davam edəcək. Texniki səbəblərə görə flaqman Sloveniyaya ayın 18-də yola düşəcək. Bu səbəbdən iyunun 30-dək davam edəcəyi nəzərdə tutulan toplanışda 4 yox, 3 yoxlama oyunu baş tutacaq.
"Ağ-qaralar" iyunun 21-də Sloveniyanın “Olimpiya” (Lyublyana), 29-da isə Rusiyanın “Spartak” (Moskva) klubu ilə qarşılaşacaq. Ayın 25-dəki rəqib isə hələ müəyyənləşməyib. Bu barədə daha sonra məlumat veriləcək.
Qeyd edək ki, Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək “Neftçi”nin I təsnifat mərhələsindəki rəqibi iyunun 15-dəki püşkatma mərasimində məlum olacaq.
Son xəbərlər
09:31
Eljas Otınşiyev "Qazaxıstan Dəmir Yolları"nın İdarə Heyətinin rəhbəri təyin edilib
Region09:30
Foto
Mədəniyyət Nazirliyində milli geyimlərin qorunması və müasir modaya inteqrasiyası müzakirə edilib
İncəsənət09:28
Kənd Təsərrüfatı Nazirliyi fermerlərə müraciət edib
ASK09:23
Luis de la Fuente dünya çempionluğunu qazanan ən yaşlı mütəxəssis olub
Futbol09:17
FHN: Ötən həftə 672 yanğına çıxış olub, 9 meyit aşkarlanıb
Hadisə09:07
Fabian Ruis eyni mövsümdə mundialı və UEFA Çempionlar Liqasını qazanan 10-cu futbolçu olub
Futbol09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (20.07.2026)
Maliyyə08:50
Çin Rusiyadan neft idxalını 17 %-ə yaxın artırıb
Energetika08:33