"Neftçi"nin baş məşqçisi: "Nəticə oyuna görə oldu"

Futbol
  • 08 aprel, 2023
  • 18:29
Neftçinin baş məşqçisi: Nəticə oyuna görə oldu

"Nəticə oyuna görə oldu".

"Report" xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Sumqayıtda eyniadlı komandaya 4:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXIX tur matçından sonra mətbuat konfransında deyib.

Rumıniyalı mütəxəssis oyunlarının pis alınmadığını bildirib: "Buraya qələbə üçün gəlmişdik. Futbolçuların daha yaxşı reaksiya verəcəklərini bilirdim. "Zirə" ilə görüşə hazırlaşanda tam heyətlə deyildik. Bu dəfə bütün komanda sərəncamımda idi və yaxşı hazırlıq keçdik".

O, oyundan-oyuna yaxşı nəticələr qazanmağa çalışacaqlarını söyləyib: Kubokda "Turan Tovuz"la ilk yarımfinal matçımız süni örtüklü meydançada olacaq. Sonra "Səbail"lə də bu cür örtükdə oynayacağıq. Çətin olacaq. Məqsədimiz kuboku qazanmaqdır".