​"Neftçi"nin Avropa Liqasındakı cavab görüşünün hakimləri müəyyənləşib

Futbol
  • 30 iyun, 2016
  • 08:57
​Neftçinin Avropa Liqasındakı cavab görüşünün hakimləri müəyyənləşib

Bakı. 30 iyun. REPORT.AZ/ Avropa Liqasının I təsnifat mərhələsində "Neftçi" və Maltanın "Baltsan" klubları arasında keçiriləcək cavab görüşünün hakimləri müəyyənləşib. 

"Report"un məlumatına görə, oyunu Ukraynadan olan hakimlər briqadası idarə edəcək.

İyulun 7-də Bakıda keçiriləcək matçın baş hakimi Yaroslav Kozik olacaq. Ona Yevgeniy Xalamendik və Viktor Matyaş kömək edəcək. Dördüncü hakim funksiyasını Nikola Balakin yerinə yetirəcək.

Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

44 - Tezliklə