"Neftçi" nigeriyalı hücumçu Adeleke Akinyemini transfer edib
Futbol
- 07 sentyabr, 2026
- 20:16
"Neftçi" yeni hücumçu transfer edib.
Klubdan "Report"a verilən məlumata görə, "ağ-qaralar" Finlandiyanın "Qnistan" klubundan nigeriyalı Adeleke Akinyemini sıralarına qatıb.
Buna qədər Avropanın müxtəlif liqalarında çıxış etmiş mərkəz hücumçusu xüsusilə də son 3 ildə yüksək inkişaf göstərib.
İki il əvvəl Finlandiyada "İlves"lə gümüş medal qazanaraq UEFA Avropa Liqasına vəsiqə əldə edən Adeleke, sözügedən çempionatda "Qnistan"ın heyətində bu mövsüm 22 oyunun hər birində meydana çıxıb.
2017-ci ildə Latviya yüksək liqasının ən məhsuldar futbolçusu olan forvard "Qnistan"da 13 qolla bombardir olub.
28 yaşlı futbolçu bu gün tibbi baxışdan keçdikdən sonra "Neftçi" ilə "2+1" illik müqavilə bağlayıb. O, "Neftçi"nin heyətində 26 nömrəli formanı geyinəcək.
Son xəbərlər
08:11
Qazaxıstanda neft emalı zavodunda yanğın olub
Digər08:03
Türkiyədə "Şirinlər"ə qarşı əməliyyat keçirilib, saxlanılanlar var
Region07:37
BMT Baş Assambleyasının 81-ci sessiyası öz işinə başlayır
Xarici siyasət07:13
Tramp artan neft qiymətlərinə münasibət bildirib
Digər ölkələr06:47
İranda benzinin qiyməti iki dəfə artırılıb
Region06:14
Argentina neft şirkətlərini Malvin adaları yaxınlığında qanunsuz hasilatda ittiham edib
Digər ölkələr05:51
ABŞ İran yaxınlığında 230-dan çox döyüş təyyarəsi saxlayır
Digər ölkələr05:22
Narkokartelin istifadə etdiyi gəmi Sakit okeanda batırılıb
Digər ölkələr04:49