"Neftçi" klubu "Bakı" komandasının qapıçısı ilə müqavilə bağlayıb

Futbol
  • 13 dekabr, 2014
  • 08:55
Neftçi klubu Bakı komandasının qapıçısı ilə müqavilə bağlayıb

Bakı. 13 dekabr. REPORT.AZ/ Azərbaycanın "Bakı" futbol komandasının qapıçısı Aqil Məmmədov "Neftçi" klubu ilə müqavilə bağlayıb. "Report"un flaqmanın rəsmi saytına istinadən məlumatına görə, "ağ-qaralar" təcrübəli əlcək sahibi ilə 1.5 illik razılıq əldə ediblər. 

Müqaviləyə əsasən 25 yaşlı qapıçı cari mövsümün ikinci yarısından 2016-cı ilin yayınadək “Neftçi”nin qapısını qoruyacaq. 

44 filmi