"Mançester Yunayted"in futbolçusu Benyamin Şeşko fevraladək yaşıl meydanlardan kənarda qalacaq

Futbol
  • 23 oktyabr, 2026
  • 13:53
Mançester Yunaytedin futbolçusu Benyamin Şeşko fevraladək yaşıl meydanlardan kənarda qalacaq

İngiltərənin "Mançester Yunayted" klubunun zədəli futbolçusu Benyamin Şeşkonun 2027-ci ilin fevralınadək yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

"Report" "Sky Sports"a istinadən xəbər verir ki, hücumçunun sağalmasının 4 aya qədər çəkə biləcəyi ehtimal olunur.

Sloveniyalı forvard sentyabrda "Brayton"a uduzduları (2:3) Liqa Kuboku matçında zədələnib.

Xatırladaq ki, Benyamin Şeşko "Sabah"a 4:0 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyununda fərqlənib.

44 filmi