"Neftçi” klubu Azərbaycan milli komandasının futbolçusu ilə müqavilə imzalayıb

Futbol
  • 01 iyul, 2017
  • 10:29
Neftçi” klubu Azərbaycan milli komandasının futbolçusu ilə müqavilə imzalayıb

Bakı. 1 iyul. REPORT.AZ/ "Neftçi” klubu Azərbaycan milli komandasının futbolçusu Elnur Cəfərovu heyətinə qatıb.

“Report” paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Xəzər Lənkəran”ın yetirməsi olan Elnur Cəfərov ötən mövsüm Xorvatiyanın II Liqasında çıxış edən "Duqopolye"nin formasını geyinib. O, 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

44 filmi