"Neftçi" Azərbaycan çempionatlarında 300-cü ev qələbəsini qazanıb

Futbol
  • 24 avqust, 2026
  • 10:41
Neftçi Azərbaycan çempionatlarında 300-cü ev qələbəsini qazanıb

"Neftçi" Azərbaycan çempionatlarında 300-cü ev qələbəsini qazanıb.

"Report" Peşəkar Futol Liqasına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının II turuna təsadüf edib.

Bakı klubu "Araz-Naxçıvan"ı məğlubiyyətə uğradıb – 5:0.

Yubiley ölkə çempionatlarında 492-ci ev matçına təsadüf edib. "Neftçi" yüksək dəstədə öz meydanında 113 heç-heçə edib və 79 dəfə xalsız qalıb.

Qeyd edək ki, "Neftçi"nin ilk ev qələbəsi 1992-ci il mayın 8-də qeydə alınıb. "Ağ-qaralar" Sumqayıt "Xəzər"ini 1:0 hesabı ilə məğlub edib.