"Neftçi" 19-cu, "Qarabağ" 15-ci medalını təmin etdi
- 18 aprel, 2021
- 12:26
Yeniliklərdən dərhal xəbərdar olun!
Futbol üzrə Azərbaycan Premyer Liqasının mükafatçılarından ikisi bəlli olub.
"Report"un məlumatına görə, XXIII turdan sonra “Qarabağ” və “Neftçi” komandaları ilk “üçlük”də yerini təmin edib.
Ağdamlılar “Səbail”lə səfərdə 1:1 hesablı heç-heçə sayəsində xal hesabını 47-yə çatdırıb. Paytaxt klubu isə “Zirə” üzərində 4:0 hesablı qələbə ilə aktivini 46 xala yüksəldib.
Liderlərin iki ən yaxın izləyicisinin – “Sumqayıt”la “Zirə”nin 32 xala malik olması və öz aralarındakı qarşılaşmada ən azı birinin xal itirəcəyi səbəbindən, mükafatçılardan ikisi müəyyənləşib.
Bu, “Neftçi”nin sayca 19-cu medalıdır. Bakılılar əvvəllər 8 qızıl, 4 gümüş və 6 bürüncə yiyələnib. Ağdam təmsilçisi isə yubiley – 15-ci uğurunu təmin edib. “Qarabağ” indiyədək 8 qızıl, 3 gümüş və 3 bürünc əldə edib.