"Napoli"nin futbolçusu Matias Olivera zədələnib
Futbol
- 05 oktyabr, 2026
- 12:03
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi İtaliyanın "Napoli" klubunun və Uruqvay yığmasının futbolçusu Matias Olivera zədələnib.
"Report" Neapol təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, oyunçu millinin düşərgəsində olarkən xəsarət alıb.
Tibbi müayinələrdən keçən onun qasıq nahiyəsində zədələnmə aşkarlanıb. M.Oliveranın bu gün vaxtından əvvəl klubun məşq mərkəzinə qayıdaraq bərpa prosesinə başlayacağı bildirilib.
Qeyd edək ki, "Sabah" - "Napoli" matçı 2027-ci il yanvarın 20-də Bakıda keçiriləcək.
Son xəbərlər
15:46
Naxçıvanın Əməkdar jurnalisti vəfat edib
Media15:45
Foto
Sumqayıtda sərnişin avtobusu minik avtomobili ilə toqquşub: xəsarət alanlar var
Hadisə15:39
67 yaşlı atlet: Gələn il beynəlxalq Xankəndi marafonunda nəticəmi təzələməyə çalışacağam
Fərdi15:27
Foto
Şəhidlərin xatirəsi anılıb
Hərbi15:16
"Gəncə" heyətini yeni basketbolçu ilə gücləndirib
Komanda15:13
Rusiyada "Yandex" məlumat mərkəzi dron hücumundan sonra fəaliyyətini dayandırıb
Region14:59
Foto
Azərbaycan gimnastları beynəlxalq turnirdə qızıl və gümüş medallar qazanıblar
Fərdi14:48
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırıb
Daxili siyasət14:27
Foto