"Napoli"nin futbolçusu Alessandro Buoncorno əməliyyat olunub

Futbol
  • 21 iyul, 2026
  • 10:35
Napolinin futbolçusu Alessandro Buoncorno əməliyyat olunub

İtaliyanın "Napoli" klubunun futbolçusu Alessandro Buoncorno əməliyyat olunub.

"Report" Neapol təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi dizindən cərrahi müdaxiləyə ehtiyac duyub.

Onun yaşıl meydanlara nə vaxt qayıdacağı açıqlanmayıb.

Xatırladaq ki, Alessandro Buoncorno ötən mövsüm "Napoli"də 42 oyuna çıxıb.

44 - Tezliklə