Millimizin Qətərlə matçının hakimləri açıqlandı
Futbol
- 24 mart, 2021
- 07:54
Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Qətər yığması ilə yoldaşlıq oyununa təyinatlar bəlli olub.
"Report" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matçı slovakiyalı hakimlər briqadası idarə edəcək.
Görüşün əsas referisi İvan Krujlyak olacaq. Ona yan xətt hakimləri Tomaş Somolani və Branislav Hantsko kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Peter Kraloviç yerinə yetirəcək.
Martın 27-də Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qeyd edək ki, UEFA Qətər yığmasını Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupuna daxil edib. Asiya çempionu ilə matçlar hazırlıq xarakteri daşıyacaq.
Son xəbərlər
02:54
Foto
Tovuzda avtomobil işıq dirəyinə və ağaca çırpılıb, sürücü ölüb
Hadisə02:39
Makron istirahət fotolarına görə müxalifətin tənqidinə məruz qalıb
Digər ölkələr02:08
Türkiyədə bir gündə üç PUA-nın qalıqları aşkarlanıb
Region01:47
Düşənbədə insanları qəsdən İİV-ə yoluxduran 10 nəfər saxlanılıb
Digər ölkələr01:18
"Liverpul" "Barselona"nın 60 milyon avroluq müdafiəçisini transfer etmək istəyir
Futbol00:44
Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb
Digər ölkələr00:15
Mərakeş polisi Seutaya keçmək istəyən 111 miqrantı saxlayıb
Digər ölkələr23:50
Almaniyalı üzgüçü dünya rekordunu yeniləyib
Fərdi23:47