"Milan" klubunun baş məşqçisi cəzalandırılıb

Futbol
  • 09 mart, 2016
  • 05:30
Milan klubunun baş məşqçisi cəzalandırılıb

Bakı. 9 mart. REPORT.AZ/ İtaliyanın "Milan" futbol komandasının baş məşqçisi Sinişa Mixayloviç cəzalandırılıb. "Report"un "Football İtalia"ya istinadən verdiyi məlumata görə, serbiyalı mütəxəssis A Seriyasında növbəti turu buraxmalı olacaq. 

Səbəb "Sassuolo"ya 0:2 hesabı ilə uduzduqları qarşılaşmada Mixayloviçin hakimlərin ünvanına xoşagəlməz ifadələr səsləndirməsi olub. 

Qeyd edək ki, "Milan" XXIX turda "Kyevo" ilə üz-üzə gələcək.