"Milan" İbrahimoviçlə müqaviləni uzadıb
Futbol
- 18 iyul, 2022
- 13:25
İtaliyanın "Milan" klubu futbolçusu Zlatan İbrahimoviçlə yeni müqavilə bağlayıb.
"Report"un "qırmızı-qaralar"ın rəsmi saytına istinadən məlumatına görə, isveçli hücumçu ilə sözləşmə 2023-cü ilin yayınadək uzadılıb. Qolçu yenə 11 nömrəli formanı geyinəcək.
Oktyabrın 3-də 41 yaşı tamamlanacaq forvard "Milan"da ilk dəfə 2010 - 2012-ci illərdə forma geyinib. O, komandaya 2020-ci ilin yanvarında qayıdıb.
İbrahimoviç klubun heyətində ümumilikdə 158 oyuna 92 qol və 35 məhsuldar ötürmə müəllifi olub. Təcrübəli hücumçu İtaliya Super Kubokunu və iki dəfə ölkə çempionluğunu əldə edib.
Son xəbərlər
08:52
Yaponiyada məktəbdə bibər qazı səbəbindən 24 nəfər xəsarət alıb
Digər ölkələr08:46
Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib
Xarici siyasət08:16
Bakıda 10 istiqamətdə tıxac yaranıb
İnfrastruktur08:10
Nümayəndələr Palatası Trampdan İrana qarşı hərbi əməliyyatları dayandırmağı tələb edib
Digər ölkələr08:06
Sumqayıtda iki avtomobil toqquşub, ölən var
Hadisə07:53
ABŞ-də helikopter qəzasında 3 nəfər ölüb
Digər ölkələr07:25
Blinken: ABŞ-nin Yaxın Şərqdəki müttəfiqləri Vaşinqtondan məyus olublar
Digər ölkələr06:52
Çin hərbi kadrların hazırlanması sahəsində beynəlxalq əməkdaşlığı genişləndirməyə hazırdır
Digər ölkələr06:17