"Milan" "İnter"i İtaliya Kubokundan kənarlaşdırıb - VİDEO
Futbol
- 27 dekabr, 2017
- 22:40
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 28 dekabr. REPORT.AZ/ "Milan" klubu futbol üzrə İtaliya Kubokunun ¼ final matçında "İnter"i məğlub edərək yarımfinala vəsiqə qazanıb.
“Report” xəbər verir ki, "San-Siro" stadionunda baş tutan görüş əlavə olunmuş vaxtda 1:0 hesabı ilə "rossonyerlər"in xeyrinə yekunlaşıb.
Matçın əsas hissəsində qapılara qol vurulmayıb. Oyunda yeganə və qələbə qolu 104-cü dəqiqədə "Milan"ın hücumçusu Patrik Kutrone tərəfindən vurulub.
İtaliya Kubok. 1/4 final
"Milan" – "İnter" - 1:0
Qol: 1:0 – Kutrone – 104
"Milan" yarımfinalda "Latsio" ilə qarşılaşacaq. İlk oyun yanvarın 31-də, cavab qarşılaşması isə 28 fevral tarixində keçiriləcək.
Son xəbərlər
13:02
Şahin Babayev: "BakuBus"da 800 sürücüyə ehtiyac var"
İnfrastruktur
12:59
Anar Əliyev: Süni intellekt daha çox ali təhsil və akademik bilik tələb edən sahələrə təsir göstərəcək
Sosial müdafiə
12:58
Moldova PUA uçuşuna görə Rusiya səfirinə etiraz notası təqdim edib
Digər ölkələr
12:46
Foto
Bakı Dialoqu: Su məsələsinin COP31 gündəliyində nəzərə alınması müzakirə olunub
Ekologiya
12:45
Emin Əmrullayev: Uzun illər ibtidai təhsilin keyfiyyəti arzuolunan səviyyədə olmayıb
Elm və təhsil
12:44
Foto
Ağstafada geosiyasi proseslərin dəyərlər sisteminə təsiri mövzusunda konfrans keçirilib - Yenilənib
Din
12:43
"İpək Yolu Sığorta": Qüvvədə olan müqavilələr üzrə öhdəliklər tam icra ediləcək
Maliyyə
12:41
Sabah 21 dərəcə isti olacaq - Proqnoz
Digər
12:35
Ermənistan gələn il hərbi büdcəni 1,71 milyard dollara çatdırmağı planlaşdırır
Digər ölkələr