Messi komandasını Çempionlar Kubokunda yarımfinala yüksəldib
Futbol
- 10 aprel, 2025
- 09:38
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Argentinalı ulduz futbolçu Lionel Messi "İnter Mayami"ni Şimali, Mərkəzi Amerika və Karib hövzəsi (CONCACAF) Çempionlar Kubokunun yarımfinal mərhələsinə yüksəldib.
"Report" xəbər verir ki, ABŞ təmsilçisi 1/4 finalın cavab oyununda bu ölkənin digər komandası "Los Anceles"lə üz-üzə gəlib.
Qarşılaşma "İnter Mayami"nin 3:1 hesablı qalibiyyəti ilə bitib. Görüşdə dubl edən Messi bir məhsuldar ötürmə ilə də yadda qalıb.
İlk görüşdə 0:1 hesabı ilə uduzan Mayami klubu yarımfinala vəsiqə qazanıb.
Qeyd edək ki, ABŞ təmsilçisi yarımfinalda Kanadanın "Vankuver" klubu ilə qarşılaşacaq.
Son xəbərlər
11:35
IV MDB Oyunları 2027-ci ildə Qırğızıstanda keçiriləcək
İdman11:35
Foto
Yasamal rayonunda içməli su xəttində qəza baş verib
İnfrastruktur11:31
Maliyyə Nazirliyi sentyabrda 5 depozit hərracı keçirib
Maliyyə11:28
Orkun Kökçü Türkiyə millisinin heyətindən çıxarılıb
Futbol11:24
Foto
Azərbaycan Filippində ƏDV məsələlərinə həsr olunmuş tədbirdə iştirak edib
Biznes11:24
Fransada bir sıra ərazilərdə daşqın riski ilə əlaqədar qırmızı təhlükə səviyyəsi elan edilib
Digər ölkələr11:23
Kiyevdə iki böyük elektrik stansiyası Rusiyanın dron və raket hücumu nəticəsində dağıdılıb
Region11:19
Sahibə Qafarova: Azərbaycanın ərazi bütövlüyü antiterror əməliyyatı ilə tam təmin edilib
Daxili siyasət11:18