Məşhur futbolçunun oğlu İngiltərə klubu ilə ilk peşəkar müqaviləsini imzalayıb

Futbol
  • 12 iyul, 2025
  • 09:16
Məşhur futbolçunun oğlu İngiltərə klubu ilə ilk peşəkar müqaviləsini imzalayıb

İngiltərə millisinin keçmiş futbolçusu Rio Ferdinandın oğlu Lorenz 18 yaşında ilk peşəkar müqaviləsini imzalayıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, gənc qapıçı İngiltərənin "Brayton" klubu ilə anlaşıb.

Lorenz R.Ferdinandın beş oğlu arasında ən böyüyüdür.

Qeyd edək ki, "Brayton" İngiltərə Premyer Liqasının son mövsümünü 8-ci pillədə başa vurub.