Məşhur futbolçu vəfat edən qardaşının oğlunu övladlığa götürüb
Futbol
- 02 yanvar, 2018
- 07:36
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 2 yanvar. REPORT.AZ/ Türkiyənin “Başakşehir” klubunun futbolçusu Emmanuel Adebayor vəfat edən qardaşının oğlunu övladlığa götürüb.
“Report” xəbər verir ki, bunu 34 yaşlı toqolu hücumçu özünün şəxsi “Instagram” səhifəsində yazıb.
“Məni və mərhum qardaşım Piter Adebayoru tanıyanların nəzərinə çatdırıram ki, fotoda gördüyünüz onun övladıdır. Bu gündən onu böyük oğlum elan edirəm. Onun adı Emmanuel Adebayor-kiçidir”, futbolçu vurğulayıb.
Qeyd edək ki, bir neçə dəfə ailə üzvləri ilə problem yaşayan E.Adebayor karyerası ərzində Fransanın “Mets”, “Monako”, İngiltərənin “Arsenal”, “Mançester Siti”, “Tottenhem” və “Kristal Pelas”, eləcə də İspaniyanın “Real Madrid” klublarının formasını geyinib.
Son xəbərlər
08:55
Tramp Konqresə aralıq seçkilərin nəticələrini qəbul etdiyini bildirib
Digər ölkələr
08:32
Foto
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
İnfrastruktur
08:29
SEPAH: Hörmüz boğazında dörd tanker minaya düşüb
Region
08:21
Belqrad-Moskva reysi yoxlanılmamış yük səbəbindən təxirə salınıb – Yenilənib
Digər ölkələr
08:14
Buzovna dairəsinin ətrafındakı yol qovşağında hərəkət məhdudlaşdırılacaq
İnfrastruktur
07:56
NYT: Demokratların ABŞ Senatına nəzarət etmə ehtimalı 95 %-dir – Yenilənir-2
Digər ölkələr
07:41
"Yonhap": KXDR Yapon dənizinə naməlum mərmi atıb
Digər ölkələr
07:19
Haiti Salvadorla birlikdə silahlı dəstələrə qarşı genişmiqyaslı əməliyyata başlayıb
Digər ölkələr
06:53
Kim Çen In Şimali Koreyanın yeni hərbi gəmisinin tikintisini yoxlayıb
Digər ölkələr