Məhəmməd Salah İngiltərə Premyer Liqasının bombardirləri siyahısında 9-cu yerə yüksəlib
Futbol
- 21 oktyabr, 2024
- 06:01
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Liverpul" klubunun misirli futbolçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasının bombardirləri siyahısında 9-cu yerə yüksəlib.
"Report" xəbər verir ki, 32 yaşlı hücumçu bunu ölkə çempionatının 8-ci turunda baş tutan "Liverpul" - "Çelsi" görüşündə reallaşdırıb.
Mersisaydlıların 2:1 hesablı qələbəsi ilə yekunlaşan matçda Məhəmməd Salah penaltidən fərqlənib. Bu, onun İngiltərə çempionatında 162-ci qolu olub.
Beləliklə, o, ən çox qol vuran futbolçuların siyahısında 9-cu yerə yüksəlib və Cermeyn Defoya çatıb.
Qeyd edək ki, İngiltərə Premyer Liqasında hazırda ən çox qol vuran futbolçuların siyahısına 260 qolla Alan Şirer başçılıq edir. İkinci yerdəki Harri Keynin 213, üçüncü pillədəki Ueyn Runinin 208 qolu var.
Son xəbərlər
06:25
"Politico": AK Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı "ehtiyatlı" plan hazırlayır
Digər ölkələr
06:09
Tramp: Rusiya və Ukrayna razılaşmaya yaxındır
Digər ölkələr
05:31
ABŞ-də Konqresə aralıq seçkilərin ilkin nəticələri açıqlanır - Yenilənir
Digər ölkələr
05:14
Rusiyanın cənubunda "Ozon" logistika mərkəzində dron hücumundan sonra yanğın olub
Region
04:47
Ağdaş və Göyçayın bir sıra ərazilərində bu gün işıq olmayacaq
Energetika
04:28
Tramp: ABŞ-nin yaxın vaxtlarda İrana zərbə endirmək planı yoxdur
Digər ölkələr
03:54
"Qalatasaray" "Ştutqart"la matçda fərqlənən Batrakovla müqaviləyə yenidən baxacaq
Futbol
03:18
NYT: ABŞ və Venesuela hərbi sazişlə bağlı danışıqlar aparır
Digər ölkələr
02:44
Yasamal, Nizami, Binəqədi və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq
Energetika