Matç zamanı iki futbolçu toqquşaraq xəstəxanalıq olub

Futbol
  • 12 may, 2015
  • 04:29
Matç zamanı iki futbolçu toqquşaraq xəstəxanalıq olub

Bakı. 12 may. REPORT.AZ/ İngiltərənin futbol üzrə 2-ci liqasında xoşagəlməz hadisə yaşanıb. "Report"un məlumatına görə, "Stivenic" və "Sauthend Yunayted" komandalarının qarşılaşmasında futbolçular toqquşma zamanı xəsarət alıb.

Bira Dembele və Maykl Timlinin top uğrunda hava mübarizəsi zamanı toqquşması hər iki futbolçunun xəstəxanalıq olması ilə nəticələnib.

44 - Tezliklə