Maskalı şəxslər Lamin Yamalın evinə girməyə cəhd göstəriblər
Futbol
- 15 iyul, 2026
- 14:51
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Naməlum şəxslər İspaniya millisinin və "Barselona" klubunun futbolçusu Lamin Yamalın evini qarət etməyə cəhd göstəriblər.
"Report" xəbər verir ki, bu barədə "El Espanol" nəşri məlumat yayıb.
Hadisə İspaniya yığmasının dünya çempionatının yarımfinalında Fransaya qalib gəldiyi matçdan (2:0) sonra baş verib.
Oyun başa çatdıqdan sonra iki naməlum şəxs 19 yaşlı hücumçunun evinə girməyə çalışıb.
Soyğun təşəbbüsü futbolçunun mühafizə qrupu tərəfindən əngəllənib. Təhlükəsizlik işçiləri müşahidə kameralarında hasarı aşmağa çalışan iki maskalı şəxsi müşahidə ediblər.
Şübhəli şəxslər hadisə yerindən uzaqlaşıblar. Bundan sonra polis idarəsinə müraciət edilib. Hüquq-mühafizə orqanları insidentlə əlaqədar istintaq aparır.
Son xəbərlər
05:09
ABŞ-nin müttəfiqləri "Starlink" peyk şəbəkəsindən asılılığı azaltmaq niyyətindədirlər
İKT
04:47
Türkiyədə onlarla qanunsuz miqrant saxlanılıb
Region
04:30
Alimlər insan bədənində ağciyər xərçənginə qarşı gizli mexanizm kəşf ediblər
Sağlamlıq
03:52
"Bloomberg": İran ABŞ-nin yeni hücumlarına hazırlaşır
Region
03:12
Albaniyada etirazçılar şəhər meriyasının binasını yandırıblar
Digər ölkələr
03:02
Antonelli Ostində keçirilən "Formula 1" üzrə ABŞ Qran-Prisinin təsnifat mərhələsini qazanıb
Formula 1
02:54
Biləsuvar rayonunun əksər hissəsi işıqsız qalıb
Energetika
02:28
Tramp ABŞ-nin İrana zərbələrinin bərpasını istisna etməyib
Digər ölkələr
01:45
İnfantino FIFA U-15-in təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür edib
Futbol