"Marsel" klubunun skautu "Qarabağ"ın oyununu izləyir

Futbol
  • 01 fevral, 2022
  • 14:14
Marsel klubunun skautu Qarabağın oyununu izləyir

"Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi Fransanın "Marsel" klubunun skautu Felipe Saad Bakıdadır.

"Report"un məlumatına görə, funksioner hazırda Ağdam təmsilçisinin "Keşlə"yə qarşı Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununu tribunadan izləyir.

Qeyd edək ki, qarşılaşmada ilk hissə oynanılır və hesab açılmayıb.