"Mançester Yunayted" Ronaldunun müqaviləsinin ləğvi üçün işlərə start verib

Futbol
  • 18 noyabr, 2022
  • 12:41
Mançester Yunayted Ronaldunun müqaviləsinin ləğvi üçün işlərə start verib
Kriştianu Ronaldu

İngiltərənin "Mançester Yunayted" klubu futbolçusu Kriştianu Ronaldunun müqaviləsini ləğv etmək istəyir.

"Report" "The Guardian" nəşrinə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" artıq bununla bağlı vəkillər tutub və məhkəməyə müraciət edib.

Mançester təmsilçisi bu məsələnin tez zamanda həll olunmasını istəyir.

37 yaşlı portuqaliyalı hücumçuya Qətərdəki dünya çempionatından sonra məşq bazasına qayıtmamaq göstərişi verilib.

Qeyd edək ki, 37 yaşlı forvard müsahibəsində "Mançester Yunayted"in ona xəyanət etdiyini söyləyib.

44 - Tezliklə