"Mançester Yunayted" rəqib meydanında qalib olub
Futbol
- 30 iyun, 2020
- 21:15
İngiltərə Premyer Liqasının 32-ci turunun matçında "Brayton end Houv Albion" "Mançester Yunayted"i qəbul edib.
“Report” xəbər verir ki, görüş Brayton end Houvda, "Falmer - Ze Ameks" stadionunda keçirilib və qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmada hesab 16-cı dəqiqədə açılıb. "Mançester Yunayted"in hücumçusu Meyson Qrinvud qələbənin əsasını qoyub. 29-cu dəqiqədə yarımmüdafiəçi Brunu Fernandeş komandasının hesabdakı üstünlüyünü artırıb. Fernandeş ikinci hissənin əvvəlində - 50-ci dəqiqədə dubl edib.
"Mançester Yunayted" bu qələbədən sonra xallarının sayı 52-yə çatdırıb və İngiltərə Premyer Liqasının yarış cədvəlində 5-ci yerə yüksəlib. "Brayton end Houv Albion" 33 xalla turnir cədvəlində 15-ci yerdə qərarlaşıb.
Son xəbərlər
19:53
Pezeşkian: İran və Qətər əməkdaşlığı bərpa edə bilər
Region19:48
Azərbaycan pambıq parça istehsalını 5 %-dən çox artırıb
Sənaye19:42
Azərbaycanın çimərlik güləşçiləri Bakıdakı dünya çempionatında 8 medal qazanıblar
Fərdi19:40
Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşüb
Xarici siyasət19:31
İstanbulda qanunsuz mərc işi üzrə 25,5 kq qızıl ələ keçirilib
Region19:25
Tunis sahillərində qayığın aşması nəticəsində ölənlərin sayı 14-ə çatıb
Digər ölkələr19:15
Türkiyə-Qazaxıstan münasibətlərinin inkişafı müzakirə edilib - YENİLƏNİB
Region19:09
Foto
Azərbaycan-Malayziya ikitərəfli münasibətləri müzakirə olunub
Xarici siyasət19:07