"Mançester Yunayted" La Liqada çıxış edən iki futbolçunu diqqətdə saxlayır

Futbol
  • 21 mart, 2025
  • 13:56
Mançester Yunayted La Liqada çıxış edən iki futbolçunu diqqətdə saxlayır

İngiltərənin "Mançester Yunayted" klubu İspaniya La Liqasında çıxış edən iki futbolçunu diqqətdə saxlayır.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" "Barselona"nın hücumçusu Rafinya və "Atletik"in yarımmüdafiəçisi Niko Uilyamsla maraqlanır.

Bununla belə, klub rəhbərliyi sözügedən transferləri həyata keçirmək üçün bir neçə futbolçusunu satmalıdır.

Qeyd edək ki, Rafinya cari mövsümdə 42 oyunda 27 qol vurub. Uilyams isə 37 matçda 9 dəfə rəqib qapılarına yol tapıb.

44 filmi