"Mançester Yunayted"in futbolçusu PSJ-yə keçir
Futbol
- 20 aprel, 2022
- 07:35
İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Pol Poqba karyerasını Fransada davam etdirə bilər.
"Report" "Todofichajes" nəşrinə istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi PSJ ilə müqavilə şərtlərini razılaşdırıb.
İddiaya görə, fransalı oyunçu ilə 4 illik müqavilə imzalanacaq. Poqba Paris təmsilçisinə azad agent kimi keçəcək.
Qeyd edək ki, Pol Poqba cari mövsüm 25 oyunda 1 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "qırmızı şeytanlar"la sözləşməsi iyunun 30-da başa çatacaq.
Son xəbərlər
02:26
FIFA UEFA-nı böhtan kampaniyasında ittiham edib
Futbol01:44
Astanada türk dünyasının ortaq gələcəyinə dair müzakirə təşkil olunacaq
Region01:07
İstanbulda təhlükəsizlik qüvvələri ilə İŞİD terrorçusu arasında atışma olub, ölən və yaralanan var
Region00:55
Tramp ABŞ-nin tezliklə İran üzərində qələbə qazanacağını bəyan edib
Digər ölkələr00:13
Almaniyada ilin əvvəlindən 165-dən çox təxribat halı qeydə alınıb
Digər ölkələr23:58
Hamilə qadınların ABŞ-yə girişi məhdudlaşdırıla bilər
Digər ölkələr23:34
Xətai və Suraxanı rayonlarının bəzi ərazilərində qaz olmayacaq
Energetika23:24
Vens ABŞ-nin İrana təzyiq üçün gizli təxribat əməliyyatları keçirməsini mümkün sayıb - ƏLAVƏ EDİLİB
Digər ölkələr23:06