"Mançester Yunayted"in bəzi futbolçuları Sulşerdən narazıdır
Futbol
- 08 noyabr, 2021
- 17:36
İngiltərənin "Mançester Yunayted" klubunun bəzi futbolçuları baş məşqçi Ule-Qunnar Sulşerin işindən narazıdır.
"Report" "Daily Mail"ə istinadən xəbər verir ki, onlar norveçli mütəxəssisin köməkçilərinin gənc və təcrübəsiz olduğunu hesab edirlər.
Komanda üzvləri düşünürlər ki, Sulşerin kollektiv daxilində özünə yaxın olan sevimli oyunçuları var. Onlar 48 yaşlı mütəxəssisin Donni van de Bekə hansı səbəbdən şans vermədiyini anlamırlar.
İddiaya görə, baş məşqçidən narazı olan futbolçulardan biri Brunu Fernandeşdir. Portuqaliyalı yarımmüdafiəçi məşqçilər heyətinin dəqiq oyun planı hazırlamadığı qənaətindədir.
Qeyd edək ki, "Mançester Yunayted" İngiltərə Premyer Liqasında 11 turdan sonra 17 xalla 6-cı pillədə qərarlaşıb.
Son xəbərlər
14:53
ABŞ Nigeriyaya hərbi texnika yerləşdirməyə başlayıb
Digər ölkələr14:46
"Mançester Siti" 145 illik rekordu təkrarlayıb
Futbol14:31
Suriya ordusu ABŞ-nin Əş-Şaddadi hərbi bazasını nəzarətə götürüb
Digər ölkələr14:27
KİV: Keçmiş nazir Qaluşenko Ukraynadan çıxmağa cəhd edərkən saxlanılıb
Digər ölkələr14:19
Rusiyada kilsə ziyarətçilərinə bıçaqla hücum edilib, yaralananlar var
Region14:14
Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirilib - YENİLƏNİB
Elm və təhsil14:06
Finlandiya Prezidenti: ABŞ ilə münasibətlərdə "qırmızı xətt"ə çatılıb
Digər ölkələr13:57
Zelenski: Rusiyanı terror vasitələrindən məhrum etmək üçün çoxlu HHM-ə ehtiyacımız var
Digər ölkələr13:44