"Mançester Siti" türkiyəli hücumçu ilə müqavilə bağlayıb

Futbol
  • 07 iyul, 2015
  • 04:31
Mançester Siti türkiyəli hücumçu ilə müqavilə bağlayıb

Bakı. 7 iyul. REPORT.AZ / İngiltərənin "Mançester Siti" klubu Türkiyə "Bursaspor"unun futbolçusu Enes Ünalla müqavilə bağlayıb. "Report"un məlumatına görə, 18 yaşlı hücumçudan ötrü "timsahlar"a 3 milyon avro ödənilib. 

4 illik anlaşmaya imza atan gənc oyunçu Avstraliyada hazırlıq keçən yeni komandasına iyulun 9-da qoşulacaq. 

Qeyd edək ki, Enes Ünal Türkiyə çempionatında 19 oyuna 1 qol vurub.