“Mançester Siti”nin müdafiəçisi icarə əsasında “Barselona”da çıxış edəcək
Futbol
- 02 sentyabr, 2023
- 00:45
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İngiltərənin “Mançester Siti” komandasının müdafiəçisi Joau Kanselu icarə əsasında İspaniyanın “Barselona”sına keçib.
“Report” xəbər verir ki, bu barədə Kataloniya təmsilçisi məlumat yayıb.
Bildirilib ki, 29 yaşlı futbolçunun icarəsi 30 iyun 2024-cü il tarixinə qədər qüvvədə olacaq.
Qeyd edək ki, “Transfermarkt” Portuqaliya millisinin üzvünün bazar dəyərini 50 milyon avro qiymətləndirir. Kanselu ötən mövsümün ikinci yarısını icarə əsasında “Bavariya”da keçirib və burada Almaniya çempionu olub. O, Bundesliqada 15 oyuna çıxıb, 1 qol vurub, 4 məhsuldar ötürmə edib.
Son xəbərlər
19:32
Rusiya Baş Konsulluğu repçi "Navai"nin həbsi ilə əlaqədar Qazaxıstan XİN-ə nota göndərib
Digər ölkələr
19:25
IEA üzvləri 400 milyon barel neft ehtiyatlarının sərbəst buraxılması barədə razılığa gəlib
Digər ölkələr
19:15
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
Digər ölkələr
19:07
"ASAN xidmət" təcrübəsinin İraqda tətbiqi müzakirə edilib
Xarici siyasət
18:55
Sudanda hərbi təyyarə yaşayış evinə çırpılıb, 5 uşaq həlak olub
Digər ölkələr
18:49
Məhəmməd Salah Türkiyə Superliqasında ötən ayın ən yaxşı futbolçusu seçilib
Futbol
18:41
Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib
Energetika
18:31
Foto
MDB nümayəndələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyəti ilə tanış olublar
Sosial müdafiə
18:29
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
Digər ölkələr