Maksim Medvedevin "Neftçi"yə qarşı oynamamasının səbəbi bəlli olub

Futbol
  • 07 fevral, 2022
  • 15:59
Maksim Medvedevin Neftçiyə qarşı oynamamasının səbəbi bəlli olub

"Qarabağ"ın kapitanı Maksim Medvedevin Azərbaycan Premyer Liqasının XV turunda "Neftçi"yə qarşı oynamamasının səbəbi bəlli olub.

"Report"un məlumatına görə, 33 yaşlı müdafiəçi zədəli olduğu üçün matçın iştirak ərizəsinə salınmayıb.

Təcrübəli futbolçu "Keşlə"yə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda əzələsindən yüngül zədə alıb.

Medvedev fevralın 17-də Fransada "Marsel"ə qarşı keçiriləcək UEFA Konfrans Liqasının pley-off görüşünədək sıraya dönəcək.

"Köhlən atlar"ın digər aparıcı futbolçuları - İbrahima Vadji və Bədavi Hüseynov hazır olmadıqları, Patrik Andrade isə cəzalı olduğu üçün bugünkü oyunda iştirak etmirlər.

Qeyd edək ki, "Neftçi" - "Qarabağ" matçında ilk hissədən sonra hesab qonaqların xeyrinədir - 1:0.