Mahir Emrelinin 64 dəqiqə oynadığı matçda "Konyaspor" inamlı qələbə qazanıb
Futbol
- 16 may, 2023
- 18:57
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Türkiyə "Konyaspor"unda növbəti oyununu keçirib.
"Report"un məlumatına görə, 26 yaşlı hücumçu komandasının səfərdə "Alayaspor"a 3:0 hesabı ilə qalib gəldiyi Superliqanın XXXIV tur matçının iştirakçısı olub.
Meydana start heyətində çıxan forvard 64-cü dəqiqədə Mame Diufla əvəzlənib. O, oyunda olduğu müddət ərzində qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.
Bu qələbədən sonra xallarını 49-a çatdıran "Konyaspor" 6-cı pilləyə yüksəlib. 38 xalı olan "Alanyaspor" isə 10-cu sırada qalıb.
Qeyd edək ki, müqavilə ilə Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna məxsus olan Mahir Emreli "Konyaspor"da icarə əsasında çıxış edir.
Son xəbərlər
10:30
Prezident: Bizim iki super güclə strateji tərəfdaşlıqla bağlı razılaşmamız var
Digər
10:28
Foto
"Çempionlarla bir ay" layihəsi çərçivəsində gənc şahmatçılar üçün "ustad dərsləri" keçirilib
Fərdi
10:28
İlham Əliyev: Azərbaycan sabitlik adasıdır
Daxili siyasət
10:27
XİN Sent-Vinsent və Qrenadin xalqını və hökumətini Milli Günü münasibətilə təbrik edib
Xarici siyasət
10:25
Tolqa Çeltekligil: "Azərbaycan idxal məhsullarını yerli istehsalla əvəz edə bilər"
Biznes
10:23
Prezident: İkinci Qarabağ müharibəsi və antiterror tədbirləri ilə Azərbaycan işğala son qoydu
Xarici siyasət
10:20
İlham Əliyev: Müharibəni başlamaq asandır, amma bitirmək çətindir
Daxili siyasət
10:20
Azərbaycanın 5 cüdoçusu Asiya Kubokunda iştirak edəcək
Fərdi
10:20
Foto
Bakıda yeni park salınır
Daxili siyasət